6 dekabr 2025. Şənbə

Neftçi iştirak ərizəsini UEFA-ya təqdim etdi


Neftçi iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Neftçi” PFK UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Ərizədə 22 futbolçu yer alıb.

Qapıçılar: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə;

Müdafiəçilər: 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 20. Mert Çelik, 26. Ömər Buludov;

Yarımmüdafiəçilər: 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov;

Hücumçular: 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab görüşü isə iyulun 14-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”