5 may 2026. Çərşənbə axşamı

Dinamo Neftçi ilə oyun üçün 20 futbolçu sifariş etdi - SİYAHI


Dinamo Neftçi ilə oyun üçün 20 futbolçu sifariş etdi - SİYAHI

Gürcüstanın “Dinamo” (Tbilisi) klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçiriləcək iki oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, heyətdə 20 futbolçu yer alıb. Onlardan 2-si qapıçı, 7-si müdafiəçi, 8-si yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: 13. Omar Migineişvili, 30. Roin Kvasxvadze;

Müdafiəçilər: 3. Aleksandre Kalandadze, 5. Davit Kobouri, 12. Levan Xarabadze, 19. Qbeqnon (Fransa), 22. Fabian Sporkslede (Niderland) , 24. Nodari İaşvili, 26. Piruzi Qabitaşvili;

Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 8. Milan Radin (Serbiya), 15. Giorgi Papava, 21. Giorgi Kutsiya, 27. Anzor Mekvabişvili, 28. Giorgi Omaraşvili, 29. Nodari Lominadze, 38. Nodari Kavtaradze;

Hücumçular: 9. Giorgi Qabedava, 17. Tornike Axvlediani, 32. Zoran Marusiç (Serbiya).

“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu