15 avqust 2026. Şənbə

Neftçi'nin rəqibi iki legioneri ilə vidalaşdı


Neftçi'nin rəqibi iki legioneri ilə vidalaşdı

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Dinamo" (Tbilisi) komandası iki futbolçusu ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi ispaniyalı müdafiəçi Viktor Monçil və slovakiyalı yarımmüdafiəçi Filip Orşula ilə vidalaşıb.

Hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu