24 oktyabr 2024. Cümə axşamı

Dinamo'dan açıqlama: Neftçi ilə oyunda stadionun 40 faizi dolacaq


Dinamo'dan açıqlama: Neftçi ilə oyunda stadionun 40 faizi dolacaq

Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” və “Neftçi” komandaları arasında iyulun 7-də keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Dinamo Arena”nın təxminən 40 faizi azarkeşlərlə dolacaq.

Corner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Media meneceri İrakli Buxali məlumat verib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bütün azarkeşlərdən qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq.

İ.Buxali bildirib ki, hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq: “Bu, UEFA-nın müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər buraxılacaqlar”.

Qarşılaşmaya biletlər bu gün saat 12:00-dan etibarən www.tkt.ge və www.biletebi.ge saytlarında satışa çıxarılıb. Biletləri sabah saat 15:00-dan stadionun kassalarından da əldə etmək mümkün olacaq. Qiymət 5 - 20 lari (2,70 manatdan 10,8 manatadək) arasında dəyişir.

Qeyd edək ki, Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.(report)







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"