24 oktyabr 2024. Cümə axşamı

Cavid Hüseynov: Dinamo Neftçi'dən bir addım öndədir


Cavid Hüseynov: Dinamo Neftçi'dən bir addım öndədir

"Bu görüşlərdə komandamızdan yalnız qələbə gözləyirəm. Düzdür, bu, heç də asan olmayacaq. Çünki iki köklü klub üz-üzə gələcək. Hər iki tərəfin gücü məlumdur".

Corner.az xəbər verir ki, bu fikirləri  Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Cavid Hüseynov "ağ-qaralar"ın Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

2015/2016 mövsümündə "Qəbələ"nin heyətində Avropa Liqasının I təsnifat mərhələsində Tbilisi təmsilçisinə qarşı oynamış (1:2, 2:0) 33 yaşlı yarımmüdafiəçi bildirib ki, hansı komanda daha yaxşı formadadırsa, üstünlük onun tərəfində olacaq: "Hazırda Gürcüstanda çempionat davam edir. Bu baxımdan, "Dinamo" bir addım öndə olsa da, "Neftçi"nin qələbəsinə ümid edirəm. Rəqibə qarşı necə oynamalı olduqlarına gəlincə, məncə, Samir Abasov bunu daha yaxşı bilir".

Namik Ələskərovun sırf hücumçu olmadığını nəzərə alsaq, "Neftçi" "Dinamo" ilə oyunlar üçün cəmi bir forvard - Mirabdulla Abbasovu sifariş edib. Hüseynovun fikrincə, bu amil flaqmana problem yaratmayacaq: "Mirabdullanın oyununa bələdəm. Yaxşı hücumçudur, müsbət keyfiyyətləri var. Amma yəqin ki, yaxın günlərdə onunla rəqabət apara biləcək hücumçu transfer ediləcək. Çünki bu mövsüm "Neftçi" üçün marafon çox uzun olacaq".

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrıldıqdan sonra klubsuz qalan futbolçu gələcək karyerası ilə bağlı da danışıb: "Hələ ki, gözləmə mövqeyindəyəm. Qarşıdakı günlərdə bütün suallara aydınlıq gələcək".

Cavid Hüseynov 2010 - 2012-ci illərdə "Neftçi"nin formasını geyinib.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.(report)







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"