1 fevral 2026. Bazar günü

Neftçi ilə oyun çətin keçəcək - Dinamo'nun kapitanı


Neftçi ilə oyun çətin keçəcək - Dinamo'nun kapitanı

Gürcüstanın “Dinamo” (Tiflis) klubunun yarımmüdafiəçisi Georgi Papava UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, gürcü kapitan bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib. “Neftçi” ilə oyun çətin keçəcək. Nəticənin necə olacağını indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik”.

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”