27 mart 2026. Cümə

Konfrans Liqasına start verildi


Konfrans Liqasına start verildi
Bu gün Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
Malta “Mosta”sı doğma meydanda Trnava “Spartak”ını (Slovakiya) məğlub edibsə, Albaniya “Laçi”si də Monteneqronun “Podqoritsa” komandasına qalib gəlib. “Santa-Koloma” - “Mons Kalpe” görüşündə isə qalib müəyyənləşməyib.
 
Mərhələnin qalan ilk oyunları iyulun 8-də keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında “Qarabağ”, “Sumqayıt” və “Keşlə” təmsil edəcək. Premyer Liqa klubları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
6 iyul
 
Mosta (Malta) - Spartak (Trnava, Slovakiya) 3:2
 
Santa-Koloma (Andorra) - Mons Kalpe (Cəbəllütariq) 1:1
 






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"