Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Estoniya "Flora"sı Malta "Hibernians"ını, Macarıstan "Ferentsvaroş"u Kosovo "Priştina"sını, Finlandiya HİK-i isə Monteneqro "Buduçnost"unu qəbul edib. Bu oyunlar meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Digər oyunlarda Şimali İrlandiyanın "Linfild" klubu Litva "Jalgiris"inin, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniya ÇFR-inin qonağı olub. Bu oyunlarda da qələbəni meydan sahibləri qazanıb
Günün son görüşlərində isə "Fola Eş” (Lüksemburq) "Linkoln"la (Cəbəllütariq), "Şkendiya" (Şimali Makedoniya) isə "Mura" (Sloveniya) ilə qarşılaşıb. Lüksemburqda heç-heçə qeydə alınıbsa, Şimali Makedoniya çempionu doğma meydanda məğlub olub.
Çempionlar Liqası
2021/22 mövsümü
I təsnifat mərhələsi (İlk oyunlar)
6 iyul
Ferentsvaroş (Macarıstan) – Priştina (Kosovo) 3:0
Flora (Estoniya) – Hamrun Spartans (Malta) 2:0
HİK (Finlandiya) – Buduçnost (Monteneqro) 3:1
ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina) 3:1
Jalgiris (Vilnüs, Litva) – Linfild (Şimali İrlandiya) 3:1
Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq) 2:2
Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya) 0:1
Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13-14 iyulda olacaq.