1 oktyabr 2026. Cümə axşamı

Çempionlar Liqası: Emreli Legiya'dakı rəsmi debüt matçında dubl etdi


Çempionlar Liqası: Emreli Legiya'dakı rəsmi debüt matçında dubl etdi
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi qolunu vurub.

Corner.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Bude Qlimt”lə (Norveç) səfər oyununda komandasının üçüncü qolunu vurub. Mahir buna 41-ci və 61-ci dəqiqələrdə vurduğu qolla nail olub.
 
İlk hissədən sonra “Legiya” 3:1 hesabıyla qalib gəlir.
 
Qeyd edək ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qol vurmuşdu.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”