15 may 2026. Cümə

Neftçi Tiflis səfərindən qələbə ilə qayıdır


Neftçi Tiflis səfərindən qələbə ilə qayıdır

Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb. 

Corner.az xəbər verir ki, paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşıb.

Görüş 7 illik fasilədən sonra, tarixində 7-ci dəfə Çempionlar Liqasına qatılan “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
7 iyul

Dinamo (Tiflis) – Neftçi 1:2
Qol: Z.Maruşiç, 36 – N.Ələsgərov, 23. E.Mahmudov, 57-pen.
Baş hakim: David Fuksman (İsrail).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"