24 oktyabr 2024. Cümə axşamı

Komandamız uduzmağa layiq idi - Tsxadadze


Komandamız uduzmağa layiq idi - Tsxadadze

"Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik oldu. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir".

Corner.az-ın məlumatına görə, bunu "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan paytaxtında "Neftçi"ya 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, yerli bazardakı bütün futbolçular məşğuldurlar. Amma legioner cəlb etməkdə problemlər var: "Onlar xəyanət etdilər. Biz o səviyyəyə çatmışıq ki, yaxşı oyunçular axtarmalıyıq. Sıx qrafiklə oynamağımız bugünkü oyuna da təsirsiz ötüşmədi. Komandamız uduzmamağa layiq idi. Azarkeşlər etirazlarında haqlı idilər. Amma onlar da bugünkü vəziyyəti anlamalıdırlar".

Tsxadadze futbolçularının bəzi epizodlarda tələsdiklərini və bunun da nəticəyə təsirini göstərdiyini söyləyib: "Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüflər olsun ki, “Neftçi”nin ikinci qolundan sonra komanda tələsirdi. İlk yarıda isə qol buraxsaq da tələsmirdik, bunun da nəticəsində qol vurduq. İkinci yarıda isə futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməli idilər. Qol epizodları var idi, lakin lazımınca istifadə edə bilmədik. Səbəb bəlkə bu idi ki, tələsdilər. Tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçularda onlarda olan resrulardan sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. Amma əsas odur ki, istədiyimiz nəticə olmadı. “Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə çalışacağıq".

Baş məşqçi "Neftçi"nin qapıçısı Aqil Məmmədovun da uğurlu çıxışını vurğulayıb: "Üstün oyunla rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olduq. Lakin "Neftçi"nin qapıçısı bir neçə epizodda gözəl oynadı. Hücumlarımızı son anda tamamlaya bilmədik. Rəqib təcrübəli oyunçulara malik idi. Onların heyətində legionerlərin çoxluğu önəm daşımırdı. Emin Mahmudov və Namik Ələskərovun çıxışını da qeyd edərdim".

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.(report)







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"