1 oktyabr 2026. Cümə axşamı

Emreli azarkeşlərə təşəkkür etdi


Emreli azarkeşlərə təşəkkür etdi

"Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Legiya"nın hücumçusu Mahir Emreli Norveçdə "Budyo Qlimt"i 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.

Sözügedən matçda dubla imza atan 24 yaşlı futbolçu azarkeş dəstəyi olmadan oynamaq çətin olacağını bildirib: "Buraya gəldiyiniz, bizi dəstəklədiyiniz üçün çox sağ olun".

Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”