27 mart 2026. Cümə

ÇL-sı: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu


ÇL-sı: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” səfərdə Tiflis “Dinamo”sunun, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” isə Norveçdə “Bude Qlimt” klubunun qonağı olub.
 
“Neftçi” səfər oyununda çətin qələbə qazanıb. Mahirin komandası da səfərdən çətin qələbə ilə qayıtmağı bacarıb. Polşa çempionunun iki qolunu millimizin hücumçusu vurub. 
 
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 13-14 iyulda keçiriləcək.
 
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsinin ilk oyunları
7 iyul
 
Dinamo (Tiflis, Gürcüstan) – Neftçi (Azərbaycan) 1:2
 
Bude Qlimt (Norveç) – Legiya (Polşa) 2:3
 
Slovan (Bratislava, Slovakiya) – Şemrok Rovers (İrlandiya) 2:0
 
Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya) 3:2
 
Lüdoqorets (Bolqarıstan) – Şaxtyor (Soliqorsk, Belarus) 1:0
 
Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) 1:1
 
Teuta (Albaniya) – Şerif (Moldova) 0:4
 
Malmö (İsveç) – Riqa (Latviya) 1:0
 
Konnas-Ki Nomads (Uels) – Alaşkert (Ermənistan) 2:2






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"