8 noyabr 2026. Bazar günü

UEFA PSG-nin danışılmış oyunundan şübhələnir


UEFA PSG-nin danışılmış oyunundan şübhələnir

UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən PSG – Crvena Zvezda oyunu ilə bağlı istintaq başladılıb. 

Corner.az-ən Goal.az-a istinadən məlumatına görə, qarşılaşmanın nəticəsi şübhəli bilinir. 

UEFA məsələ ilə bağlı fransızları məlumatlandırıb. Belə ki, matçdan bir neçə gün əvvəl Crvena Zvezda rəsmilərindən birinin PSG-nin 5 top fərqi ilə qalib gəlməsinə 5 milyon avro pul yatırdığı aşkarlanıb. Parislilərin 6:1 hesabı ilə qalib gəlməsi də bu şübhələri artırıb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, PSG-nin heyətində Neymarın het-trik, Edinson Cavani, Anxel Di Maria və Kylian Mbappenin hərəyə bir dəfə fərqləndiyi qarşılaşmada Crvena Zvezda-nın yeganə qoluna Marco Marin imza atmışdı. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi