15 may 2026. Cümə

Olimpiakos'un baş məşqçisi Bakıya gəlir


Olimpiakos'un baş məşqçisi Bakıya gəlir

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Pedro Martins Azərbaycana gələcək.

Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) klubları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün ölkəmizdə olacaq.

Bu cütün qalibi II raundda Pirey təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Portuqaliyalı mütəxəssis dünənki görüşü də məhz tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də olacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"