30 iyun 2026. Çərşənbə axşamı

Qarabağ - Aşdod matçının hakimləri açıqlandı


Qarabağ - Aşdod matçının hakimləri açıqlandı

"Qarabağ"la İsrailin "Aşdod" klubu ilə arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinatlar açıqlanıb.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Kşiştof Yakubikə yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasyik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu