29 yanvar 2025. Çərşənbə

Neftçi'nin zəif cəhətləri barədə danışmaq istəməzdim


Neftçi'nin zəif cəhətləri barədə danışmaq istəməzdim

Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Kaxaber Tsxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, gürcü mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çoxdandır Bakıda olmurdum. Azərbaycanda uzun illər ərzində çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir. Bu gəlişimdə Azərbaycan paytaxtını daha böyük və gözəl gördüm. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

Sabah maraqlı oyun olacaq. Hər biriniz matçdan həzz alacaqsınız. Hər iki tərəfi daha çətin oyun gözləyir. Çünki komandalar bir-birinin zəif tərəflərini gördülər. İlk oyunda “Neftçi”nin “Dinamo”dan güclü olduğunu deməzdim. Qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qapıçı dəf etdi. İki kobud səhvimiz oldu ki, bu da nəticəyə təsir etdi. Artıq belə səhvlər etməyəcəyik. Çünki rəqibi daha yaxşı tanıyırıq.

Qələbəyə ümidimiz böyükdür. Sabah meydana bunun üçün çıxacağıq. Biz “Neftçi”nin zəif olduğunu demirik. Heyətində çox güclü futbolçular var. Sadəcə, ilk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir.

“Neftçi”nin zəif tərəfləri barədə danışmaq istəməzdim. Sabah hər iki komanda rəqib səhvlərindən istifadə edib qələbə qazanmağa çalışacaq. Heyət barədə danışmaq istəmirəm.

Oyunun keçiriləcəyi stadona gəlincə, bura sırf futbol üçün nəzərdə tutulub. Çox stadionda olmuşam. Amma beləsini görməmişəm. Arena binaların arasında yerləşdiyindən futbolçular özlərini evlərindəki kimi hiss edir”.







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”