1 fevral 2026. Bazar günü

Sabah bizi çətin oyun gözləyir - Emin Mahmudov


Sabah bizi çətin oyun gözləyir - Emin Mahmudov

“Neftçi”nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, bu gün baş tutan mətbuat konfransında öncə bunları deyib:

  • Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. Çünki çempionatları davam edir. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
  • Penalti zərbələri üzərində çalışmısızmı?
  • Penaltilər üzərində hər zaman çalışıram.
  • “Dinamo” sizdən hansı komponentdə üstündür?
  • Bunu deyə bilmərəm. Çünki baş məşqçimiz bunları bizə deyəcək. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq.
  • Səfər qolunun ləğvi haqda nə düşünürsüz?
  • Açığı, bunun tərəfdarı deyiləm. Çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi daha fərqlidir. İndi əksər oyunlarda penaltilər seriyası olacaq.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”