5 may 2026. Çərşənbə axşamı

Neftçi və Dinamo'nun prezidentləri görüşdü - FOTO


Neftçi və Dinamo'nun prezidentləri görüşdü - FOTO

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Gürcüstanın "Dinamo" (Tbilisi) klublarının rəhbərliyi arasında rəsmi görüş olub.

Corner.az xəbər verir ki, görüşdə flaqmanın prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov, Tbilisi təmsilçisinin rəhbəri Roman Pipiya və digər rəsmilər iştirak ediblər.

Quliyev həmkarına üzərində hər iki komandanın adları yazılmış Bakının portretini hədiyyə edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 2:1 hesablı qalib gəlib.








Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu