- Çempionlar liqası
- 20:46 30.01.2026
UEFA Real Madrid'in kapitanı Sergio Ramosu cəzalandırıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin Ajax'la ilk oyununda bilərəkdən sarı vərəqə alması olub.
O, 89-cu dəqiqədə gördüyü sarı vərəqə ilə cəzalı duruma düşüb. UEFA İspaniya millisinin üzvünə əlavə bir oyunluq da cəza verib.Bununla da, Ramos Ajax'la cavab matçını və komandası mərhələni keçərsə, 1/4 finalın ilk oyununu da buraxacaq.Bundan, əlavə Ramos 1500 avro cərimə də olunub.