5 may 2026. Çərşənbə axşamı

Konfrans Liqası: Neftçi'nin potensial rəqibi dəqiqləşdi


Konfrans Liqası: Neftçi'nin potensial rəqibi dəqiqləşdi

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Corner.az-ın məlumatına görə, "ağ-qaralar" Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubuna məğlub olarsa, İsrailin "Makkabi" (Hayfa) komandası ilə qarşılaşacaq.

Hayfa təmsilçisi ÇL-in I təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Qazaxıstanın "Kayrat" klubuna uduzub - 1:1, 2:0.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da təşkil olunacaq "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlanacaq. Gürcütandakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu