UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Norveç çempionu “Bodo Qlimt”i qəbul edib. İlk oyunda rəqibinə 3:2 hesabıyla qalib gələn Polşa çempionu, cavab görüşündən 2:0 hesablı qələbə ilə ayrılıb. “Legiya” növbəti mərhələdə Estoniyanın “Flora” komandası ilə üz-üzə gələcək.
Norveçdəki oyunda dubla edən Mahir, cavab görüşünə də start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, komandasının 40-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub.