24 oktyabr 2024. Cümə axşamı

Neftçi'ni yaxşı tanıyırıq, maraqlı oyunçuları var


Neftçi'ni yaxşı tanıyırıq, maraqlı oyunçuları var

"Oyunçularımın əzmkarlığından razıyam, amma qarşıda bizi çox iş gözləyir. Hədəfimiz növbəti həftəyədək daha güclü olmaqdır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Olimpiakos"un baş məşqçisi Pedro Martins "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis hələ arzuolunan səviyyədə olmadıqlarını bildirib: "Hələ çox işləməli olduğumuzu bilirik. Hazırlaşmaq və istədiyimiz səviyyəyə çatmaq üçün bir həftə vaxtımız var".

51 yaşlı baş məşqçi "Neftçi"ni yaxşı tanıdıqlarını da vurğulayıb: "Rəqibi analiz etmişik. Maraqlı oyunçulara malik komandadır. Mərhələnin oyunları asan olmayacaq. Çətinliklərlə üzləşəcəyik, amma mümkün qədər daha yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"