27 mart 2026. Cümə

Mahir Emreli: Hisslərimi sözlə ifadə etmək çətindir


Mahir Emreli: Hisslərimi sözlə ifadə etmək çətindir

“Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Çempionlar Liqasının 1-ci mərhələsinin “Bude-Qlimt”lə (Norveç) cavab matçından (2:0, ilk oyun 3:2) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, sözügedən görüşdə ilk qolun ötürməsini verən 24 yaşlı futbolçu, “instagram” hesabında etdiyi paylaşımla azarkeşlərə təşəkkür edib:

“Hisslərimi sözlə ifadə etmək çətindir. Dünən möhtəşəm bir matç oldu. Bizi dəstəklədiyiniz üçün hamınıza təşəkkür etmək istəyirəm. Hər zaman sona qədər mübarizə aparıb yaxşı çalışsaq, bunun bəhrəsini görəcəyimizi bilirik. Növbəti mərhələdə görüşərik”.

Çempionlar Liqasının 1-ci mərhələsində “Bude-Qlimt”i mübarizədən kənarlaşdıran “Legiya” növbəti mərhələdə Estoniyanın “Flora” klubu ilə qarşılaşacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"