24 oktyabr 2024. Cümə axşamı

Olimpiakos Neftçi ilə oyunlarda ciddi çətinliklə üzləşməyəcək


Olimpiakos Neftçi ilə oyunlarda ciddi çətinliklə üzləşməyəcək

“Neftçi”nin sabiq futbolçusu Vangelis Platellas Yunanıstanın “Olimpiakos” klubunun Çempionlar Liqasının 2-ci mərhələsində “Neftçi”yə qarşı keçirəcəyi oyunlar haqda fikirlərini bildirib.

Corner.az “sdna.gr” saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi, Pirey təmsilçisinin “Neftçi” ilə matçlarda ciddi çətinliklə üzləşməyəcəyini deyib:

“Olimpiakos” “Neftçi” ilə oyunlarda ciddi çətinliklə üzləşməyəcək və asanlıqlı növbəti mərhələyə adlayacaq. “Olimpiakos” daha yüksək səviyyəli komandadır və layiqli qələbə qazanacaq. Buna baxmayaraq, “Neftçi”yə diqqət etməlidir. Çünki rəqib artıq iki rəsmi oyun oynayıb, ancaq “Olimpiakos” hələ rəsmi matça çıxmayıb.

“Neftçi”nin ən keyfiyyətli futbolçuları yarımmüdafiəçi Emin Mahmudov və Namik Ələskərovdur. Mahmudov uzun illər Rusiyada oynayıb və topla yaxşı rəftar etməyi bacarır. Ələskərov da rəqibin cərimə meydançasında yaxşı həmlələr edir və təhlükəli zərbələri var.

“Neftçi” hücum futbolu oynayır və müdafiədə boşluqlar verir. “Neftçi” müdafiədə oturan komandalardan deyil. Hirslidirlər və Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyirlər.

Aqressiv oynamağı xoşlaya bilərlər. Amma bu, “Olimpiakos”un təcrübəli oyunçuları tərəfindən ən yaxşı şəkildə zərərsizləşdirilə bilər. “Neftçi” müdafiədə ləng oynayan komandadır. Bundan istifadə etmək olar”.

Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin avqustuna qədər “Neftçi”də çıxış edib.

“Neftçi” “Olimpiakos”la iyulun 21-də səfərdə, iyulun 28-də isə Bakıda qarşılaşacaq.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"