1 oktyabr 2026. Cümə axşamı

Çempionlar Liqası: Neftçi'nin potensial rəqibi müəyyənləşdi


Çempionlar Liqası: Neftçi'nin potensial rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Corner.az-n məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" II raundda "Olimpiakos"u (Yunanıstan) mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.

III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda olacaq.

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”