30 iyun 2026. Çərşənbə axşamı

Neftçi ilə oyunda uğurlu nəticə qazanmaq istəyirik - Buxalakis


Neftçi ilə oyunda uğurlu nəticə qazanmaq istəyirik - Buxalakis

Yunanıstanın “Olimpiakos” komandasının futbolçusu Andreas Buxalakis UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 28 yaşlı kapitan bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı dövrdür. Hazırlıq prosesimiz yaxşı keçdi. Matça hazır olduğumuzu düşünürük. Çox sevinirik ki, azarkeşlər bizimlə bərabər olacaq. Sabahkı günü həyəcanla gözləyirik. Onların iştirak etdiyi qarşılaşmada özümüzü çox xoşbəxt hiss edirik. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu, bizim üçün ciddi qarşılaşmadır. Uğurlu nəticə qazanmaq istəyirik. “Neftçi”nin oyunlarını izləmişik, güclü futbolçulardan ibarət komandadır. Xüsusən ön xətt futbolçularının oyununu qeyd edərdim”.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu