27 mart 2026. Cümə

Neftçi'yə hörmətlə yanaşırıq, amma ... - Pedro Martins


Neftçi'yə hörmətlə yanaşırıq, amma ... - Pedro Martins

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

 Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edir və özümüzü sabahkı qarşılaşmaya hərtərəfli hazır sayırıq. Gündən-günə yaxşı vəziyyətdə olduğumuzu və xüsusən, fiziki cəhətdən hazır duruma gəldiyimizi hesab edirəm. Azarkeşlərin bir illik fasilədən sonra yenidən tribunalara qayıdışı sevindirici məqamdır. İnanırıq ki, onların bizə köməyi dəyəcək. Biz də uğurlu nəticə üçün onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

“Neftçi” ilə oyunlara ciddi yanaşırıq. Rəqibin futbolçuları güclüdürlər və onlara hörmətimiz var. Universal futbolçulara malikdirlər. Amma biz daha çox öz oyunumuza diqqət yetiririk”.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"