16 dekabr 2025. Çərşənbə axşamı

Olimpiakos favoritdir, amma ... - Kamran Quliyev


Olimpiakos favoritdir, amma ... - Kamran Quliyev

"Neftçi”nin prezidenti Kamran Quliyev Yunanıstan mətbuatına açıqlama verib.

Corner.az xəbər verir ki, 43 yaşlı funksioner UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”a qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb:

“Olimpiakos” Yunanıstanın ən böyük komandasıdır. Biz bu komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsindəki çıxışlarından yaxşı tanırıq. Yunanıstan klubu bizimlə oyunların favoritidir. Amma futbolda gərək heç vaxt “heç vaxt” deməyəsən. Bu rəqiblə oyunlar bizim üçün böyük sınaq olacaq. Layiqli nəticə qazanmaq üçün bütün gücümüzü sərf edəcəyik”.

Quliyev rəqib komandadan heç bir futbolçunu tanımadığını bildirib: “Adları ilə kimisə tanımıram. Amma əslində bu, baş məşqçimiz Samir Abasova aid olan məsələdir. O, çox yaxşı işlər görür”.

“Neftçi”nin preziedenti “Olimpiakos”la cavab matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə ehtiyac duymadıqlarını da sözlərinə əlavə edib: “Xeyr, biz bu rəqiblə cavab matçını da 8-ci km stadionunda keçirəcəyik. Bu stadion 11 min azarkeş tutumuna malikdir, amma tribunalara yalnız 50 faiz azarkeş buraxılır”.

Quliyev bu mövsüm üçün hədəflərindən də söz açıb: “Əlbəttə, əsas hədəflərdən biri yenidən liderliyimizi qoruyub saxlamaqdır. Rəqiblərimiz çempion komandaya qarşı daha ciddi hazırlaşacaqlar ki, bu da bizim işimizi çətinləşdirəcək. Amma biz yenidən çempion olmağa çalışacağıq”.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi