1 fevral 2026. Bazar günü

Çempionlar Liqası: Neftçi uduzdu, Qalatasaray darmadağın oldu


Çempionlar Liqası: Neftçi uduzdu, Qalatasaray darmadağın oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də bu mərhələdə səfərdə Yunanıstanın “Olimpiakos” komandasının qonağı olub və minimal hesabla məğlub olub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Estoniyanın “Flora” komandasını qəbul edib və çətin qələbə qazanıb

Türkiyənin “Qalatasaray” klubu isə səfərdə Niderland PSV-sinin qonağı olub. İstanbul təmsilçisi bu görüşdə böyük hesabla məğlub olub.

2-ci mərhələnin cavab oyunları 27-28 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
21 iyul

Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya) 2:1

Malmö (İsveç) – HİK (Finlandiya) 2:1

Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 0:0

Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:0

PSV (Niderland) – Qalatasaray (Türkiyə) 5:1

Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan) 1:0

Legiya (Polşa) – Flora (Estoniya) 2:1







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”