16 dekabr 2025. Çərşənbə axşamı

Hər şey yaxşıdır, dəstəyinizə görə təşəkkür edirəm


Hər şey yaxşıdır, dəstəyinizə görə təşəkkür edirəm

Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov sosial şəbəkədə paylaşım edib.

Corner.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi şəxsi "İnstaqram"da öz fotosunu paylaşaraq yazıb.

"Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm", - deyə Ələskərov bildirib.

Qeyd edək ki, 43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.








Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi