29 yanvar 2025. Çərşənbə

Neftçi ilə matçda çətinliklər çox idi


Neftçi ilə matçda çətinliklər çox idi

"Qələbə qazanmağımız mütləq vacib idi. Əlbəttə, cavab matçı da var. İlk qarşılaşmada nələrin yaxşı və pis alındığına baxacağıq. Bunun üçün vaxtımız olacaq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Olimpiakos"un futbolçusu Tanasis Andrutsos Yunanıstanda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi azarkeşlərin tribunalara qayıdışına sevindiyini bildirib: "Onlar üçün darıxmışdıq. Fanatlar bizim üçün əlavə qüvvə oldu".

Afina təmsilçisinin digər oyunçusu Giorqos Masuras Azərbaycan klubu ilə görüşdə çətinliklərin çox olduğunu söyləyib: "Bütün bunların öhdəsindən gəlmək olmur. Bizim üçün hansısa maneə yoxdur. Yumruq kimi birləşsək, qorxacaq bir şeyimiz olmamalıdır. Bəzi problemlər yaşadıq, onlara baxacağıq. Düşünürəm ki, cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 28-də "Bakcell Arena"da keçiriləcək.







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”