4 may 2026. Bazar ertəsi

Olimpiakos'un futbolçusu Ələskərovdan üzr istədi


Olimpiakos'un futbolçusu Ələskərovdan üzr istədi

Yunanıstan "Olimpiakos"un futbolçusu Məhəmməd Kamara UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra "Neftçi"nin futbolçusu Namik Ələskərovdan üzr istəyib.

Corner.az-ın məlumatına görə, qvineyalı yarımmüdafiəçi bu barədə özünün "İnstaqram" səhifəsində yazıb.

Matçın 43-cü dəqiqədəsində Ələskərovu zədələyən 24 yaşlı oyunçu baş verən hadisəyə görə təəssüf hissi keçirdiyini bildirib: "Bağışla məni, qardaşım. Ümid edirəm ki, səhhətinlə bağlı hər şey qaydasındadır".

Qeyd edək ki, Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Namik Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. İlkin müayinədən sonra 26 yaşlı yarımmüdafiəçinin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb. Futbolçunun əməliyyat olunacağı gözlənilir.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı