29 yanvar 2025. Çərşənbə

Bakıdakı oyunda da çətinliklərimiz olacaq - Valbuena


Bakıdakı oyunda da çətinliklərimiz olacaq - Valbuena

"İlk oyundakı kimi, cavab matçında da çətinliklər olacaq".

Corner.az-ın məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"un futbolçusu Matyu Valbuena Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

37 yaşlı yarımmüdafiəçi bildirib ki, görüş asan keçməyəcək: "Meydanda əlimizdən gələni edəcəyimizə əminəm. Səfərdə fərqli oynaya bilərik. Birinci matçda bəzi oyunçular meydanda olmadı. Məqsəd növbəti mərhələyə adlamaq və yolumuza davam etməkdir".

Fransalı futbolçu meydanda bütün güclərini ortaya qoyacaqlarını vurğulayıb: "Matça ciddi yanaşırıq. Hər birimiz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.Konkret hədəfimiz var, buna doğru irəliləyəcəyik. Bakıya qələbə üçün gedirik".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”