24 oktyabr 2024. Cümə axşamı

Bakıya qələbə üçün gedirik


Bakıya qələbə üçün gedirik

"Andreas Buxalakis, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila, Ögmundur Kristinsson bu matçda iştirak etməyəcək. Ümid edirik ki, çətinliyin öhdəsindən gələcəyik. Bakıya qələbə üçün gedirik".

Corner.az-ın məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Oyunla bağlı heç bir sirrimiz yoxdur. Hər şey hazırlıqdan asılıdır. Son məşqlərimizi tamamladıq. Əsas fikrimiz oyundadır".

Portuqaliyalı baş məşqçi heyətdəki problemlərə baxmayaraq, nikbin olduğunu söyləyib: "Mən problemləri həll etməyi xoşlayıram. "Olimpiakos" böyük klubdur. Bütün futbolçulara şans verərək, onların təcrübəsini artıra bilərik. Bu, mənim üçün xoşdur. İnanıram ki, komandam daha da irəliyə gedəcək".

Martins sonda "Bakcell Arena"nın durumundan xəbərdar olduqlarını vurğulayıb.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.(report)







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"