8 avqust 2026. Şənbə

Mahirli Legiya ÇL-nın 3-cü mərhələsində!


Mahirli Legiya ÇL-nın 3-cü mərhələsində!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, 24 yaşlı futbolçunun komandası UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Estoniya “Flora”asının qonağı olub.

Futbolçumuzun komandası bu oyunda 1:0 hesablı qələbə qazanıb. İlk oyunda da 2:1 üstün olan Polşa çempionu ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Mahir bu qarşılaşmaya start heyətdə başlayıb. O, 71-ci dəqiqədə əvəzlənib.







Çempionlar liqası

"Sabah" Danimarkadan məğlubiyyətlə qayıdır
  • Çempionlar liqası
  • 23:13 05.08.2026
"Sabah" Danimarkadan məğlubiyyətlə qayıdır