29 yanvar 2025. Çərşənbə

ÇL: 4 komanda 3-cü təsnifat mərhələsinə yüksəldi


ÇL: 4 komanda 3-cü təsnifat mərhələsinə yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya”  səfərdə Estoniya “Flora”sı ilə qarşılaşıb. Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesabı ilə qalib gəlmişdi. Cavab görüşündən də minimal hesabla qələbə qazanan Varşava təmsilçisi növbəti mərhələyə yüksəlib.

Xorvatiyanın “Dinamo” komandası Kipr “Omoniya”sının qonağı olub və cavab görüşündən də qalib ayrılaraq mərhələ adlayıb. Macarıstan "Ferentsvaroş”u da Litva “Jalgiris”i üzərində inamlı qələbə qazanıb.

Finlandiyanın HİK komandası isə İsveç “Malmö”sünü sınağa çəkib. Dörd qolun qeydə alındığı cavab görüşündən sonra “Malmö” ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıb. HİK isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütünün məğlub olanı ilə qarşılaşacaq.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” sabah Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. “Neftçi” ilk matçda səfərdə rəqibinə 0:1 hesabıyla məğlub olub.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
27 iyul

Flora (Estoniya) – Legiya (Polşa) 0:1
İlk oyun 1:2

HİK (Finlandiya) – Malmö (İsveç) 2:2
İlk oyun 1:2

Omoniya (Kipr) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun 0:2

Jalgiris (Litva) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:2







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”