27 mart 2026. Cümə

ÇL: Mahir Emreli ən çox dəqiq zərbə endirən futbolçu olub


ÇL: Mahir Emreli ən çox dəqiq zərbə endirən futbolçu olub

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Corner.az-ın məlumatına görə, Polşanın "Legiya" klubunda çıxış edən millimizin futbolçusu Mahir Emreli 4 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən iki futbolçudan biri olub.

24 yaşlı hücumçu 6 dəfə çərçivəni dəqiq nişan alıb. Emrelinin zərbələrinin 2-si qolla nəticələnib, 3-ü isə hədəfdən yayınıb.

Monteneqronun "Buduçnost"un yarımmüdafiəçisi Miloş Raiçkoviç də 6 dəfə çərçivəyə düşüb. Lakin zərbələrdən heç biri qolla nəticələnmədiyi üçün azərbaycanlı futbolçu ilk sırada qərarlaşıb.

Qeyd edək ki, "Legiya" II təsnifat mərhələsində Estoniyanın "Flora" klubunu mübarizədən kənarlaşdırıb. Varşava təmsilçisi III raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"