24 oktyabr 2024. Cümə axşamı

Neftçi əla komandadır, dəhşətli oyun görəcəyik - Yunanlı futbolçu


Neftçi əla komandadır, dəhşətli oyun görəcəyik - Yunanlı futbolçu

"Azərbaycan çempionatı mənim xoşuma gəlir. Burada yaxşı futbol oynayırlar, yaxşı şəraitləri, yaxşı meydanları var. Bunların hamısı idmançılar üçün vacibdir".

Corner.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Dimitios Çantakias "BN Sports" nəşrinə müsahibəsində deyib.

Yunanıstanlı mərkəz müdafiəçisi Azərbaycanın dinamik sürətlə inkişaf etdiyini bildirib: "İnsanlar inanılmaz olması böyük üstünlükdür. Özümü çox gözəl hiss edirəm. Kollektivdə isti ab-hava hökm sürür. Bu səbəbdən, dərhal uyğunlaşdım".

26 yaşlı oyunçu Azərbaycan və Yunanıstan futbolu arasında bir çox oxşarlığın olduğunu da söyləyib: "Hər ikisinin özünəməxsus keyfiyyətləri yoxdur. Əlbəttə, burada yaxşı müdafiə olunmaqla yanaşı, əla döyüşürlər. İnanılmaz pulları çölə tullamasalar da, yaxşı komandaları var. Buna görə də Yunanıstan komandalarının işini çətinə salırlar. Bu, onların oyun üslubudur".

Çantakias "Olimpiakos"un bu gün Bakıda "Neftçi" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə də danışıb.

O bildirib ki, Yunanıstan təmsilçisi bir komanda kimi ölkənin sifətidir və Azərbaycan paytaxtına qapanmaq üçün gəlməyib: "Təbii ki, "Olimpiakos" öz ritmini göstərəcək və müəyyən qədər favorit sayılır. Lakin "Neftçi"ni də qiymətləndirməmək olmaz. Bu, 3 ildir formalaşmış kollektivdir. Onların "Olimpiakos"a zərər yetirəcək futbolçuları var. Habelə, "Neftçi" üçün fanat amili də mövcuddur. Fikrimcə, mübariz oyunun şahidi olacağıq".(report)

"Zirə"nin legioneri "Olimpiakos"a "Neftçi"ni üstələməyin yollarını da göstərib: "Qalib gəlmək üçün bacarığının ən yaxşısını etməlisən. Top saxlamalı, "Neftçi"nin üstünlüyə yiyələnməsinə, qalib gələ biləcəyini və favorit olduğunu düşünməsinə imkan verməməlisən. Rəqib əla komandadır və biz dəhşətli oyun görəcəyik".







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"