15 may 2026. Cümə

Neftçi ÇL-da mübarizəni dayandırdı


Neftçi ÇL-da mübarizəni dayandırdı

Azərbaycan çempionu “Neftçi” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, "ağ-qaralar" bu turnirin II təsnifat mərhələsi çərçivəsində Yunanıstan çempionu “Olimpiakos”la cavab oyununa qarşılaşıb.

Səfərdə 0:1 hesabı ilə məğlub olan “flaqmanlar”, mərhələ adlamaq üçün rəqibi üzərində mütləq qələbə qazanmalıydı. Lakin paytaxt təmsilçisi doğma meydanda da  uduzaraq ÇL-da mübarizəni dayandırıb.

Qeyd edək ki, bu cütün uduzanı Avropa Liqasında davam edəcəkdi. Beləliklə, “Neftçi” Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul

Neftçi – Olimpiakos 0:1
Qol: G.Masuras, 15.
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"