16 dekabr 2025. Çərşənbə axşamı

Olimpiakos'la oyunlar bizim üçün yaxşı təcrübə oldu


Olimpiakos'la oyunlar bizim üçün yaxşı təcrübə oldu

“Neftçi” komandasının baş məşqçisi Samir Abbasovun Çempionlar Liqasının 2-ci mərhələsinin “Olimpiakos” (Yunanıstan) ilə cavab matçından sonra mətbuat konfransı keçirilib.

Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis, 0:1 hesabıyla uduzduqları oyunları belə şərh edib:

  • Bu məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Yaxşı oynamağımıza baxmayaraq, bu turnirdən kənarlaşdıq. Belə komandaya qarşı oynamaq bizim üçün yaxşı təcrübə oldu. Yolumuza dava edib, inkişaf etməliyik. Çətinliklərlə bura gəlib çıxmışdıq. Turniri üzüqara tərk etmədik. Bütün oyunlarda xarakter göstərə bildik. Futbolçulara əzmkarlıqlarına görə təşəkkür edirəm. Meydanda cəsarətli oynadılar.
  • Ömər Buludovun vəziyyəti oyundan əvvəl necə idi və onu hansı ümidlərlə meydana buraxmışdız?
  • Futbolçular belə oyunlarda böyüyür. Futbolçu həyəcanlı olursa, onun həyatı da həyəcanlı keçəcək. Oyundan əvvəl çox adam deyirdi ki, ilk matçda niyə Ömər oynamadı. İndi də deyirlər ki, niyə oynadı. Futbolda belə şeylər olur. Onu etdiyi səhvə görə əvəzləmədik, sadəcə ayağından zədələndi. Hansısa epizodda ayağına zərbə aldı. Əvəzlənmək istədi və əvəzlədik. Mən tanıdığım Ömər bizə yalan danışmaz. Heç kim deyə bilməz ki, Ömərin vəziyyətinə düşməyəcək. Heç kim belə şeydən siğortalanmayıb. Əsas olan həyəcanı aradan qaldırmaqdır. Futbolçu meydana çıxanda həyəcanlı olursa, deməli baş məşqçi onun həyəcanını tam yox edə bilməyib. Əfsuslar olsun ki, Ömərdə belə oldu.
  • “Neftçi” hazırda hücumçusuzdur. Necə edəcəksiz?
  • Əlimizdə olan oyunçularla oynayacağıq. Hücumçu yoxdursa, komanda daxilində bəzi dəyişikliklər etməliyik. Düzdür, düşən rəqiblər də güclü olacaq. Tapança, tüfənglə tankın qabağına çıxmaq olmur. Bir dəfə, iki dəfə alınar, üçüncüdə isə yox. Bilmirəm hansı turnirdə hara qədər gedəcəyik. Çalışacağıq ki, əlimizdən gələni edək.
  • Matçdan sonra azarkeşlər komandanı alqışladı. Bu, o deməkdir ki, onlar oyundan razı qalıb. Növbəti matçlarda da belə ruhlu komanda görəcəyik?
  • Bu güc bizdə var. Həqiqətən, çox çətindir. Heyətimiz güclənməlidir, oyunçu gətirməliyik. Bunlar nə zaman baş verəcək, bilmirəm. Artıq mənim də sizə verəcək tutarlı cavabım yoxdur.
  • Son 15 dəqiqədə Mamadu Mbodju hücumda oynatdız. Onda hansı hücum keyfiyyətlərini görmüsüz? Və transfer məsələsində rəhbərlikdən dəstək gəlmir, ya necə?
  • Artıq bu haqda danışmayacam. Yenə deyirəm, verəcək tutarlı cavabım yoxdur. İnşallah, yaxın zamanda ediləcək transferlə bu suala keyfiyyətli cavab verilər. Mbodjun xüsusi hücumçu keyfiyyətinə ehtiyac yoxdur. Sadəcə, uduzurduq və onu da irəli çəkdik. Ondan əvvəl də cinahlardan hücuma qoşulurdu.
  • Ehtiyat qapıçı, hücumçu alınmadı. Hesab etmirsiz ki, rəhbərlik sizi oda atır və bununla da klubun adına hörmətsizlik edir?
  • Cavab vermək çətindir. Məndən inciməyin, transfer haqda danışmayacam. Ömür boyu odun içində işləmişəm onsuz (gülür). Ümid edirəm ki, hər şey yaxşı olacaq.
  • “Neftçi”nin Avroliqadakı rəqibi HİK-lə maraqlanmısız?
  • Xeyr. Bütün fikrim “Olimpiakos”da idi. Sabahdan HİK-i təhlil etməyə başlayacağıq.
  • Sloveniyada yaxşı hazırlaşmamağınızın səbəbi nə idi?
  • Viza məsələsinə görə problemlər yaşadıq. Meza Kolli, Mbodj, Emin bizə gec qoşuldular. Komanda olaraq birlikdə çox məşq keçə bilməmişik. “Dinamo” gəlib, uduzub. Danışırlar ki, “Neftçi”dən güclü idik. Güclü idizsə, udardız da, qardaş. Heç olmazsa, bir oyunda udardız. Bizim Gürcüstanda olan oyunumuzu danışırlar. Qardaş, biz iki oyunu pis oynayıb, udduqsa, gör yaxşı oynasaydıq, nə edərdik?






Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi