30 iyun 2026. Çərşənbə axşamı

Bütün problemlərə baxmayaraq qələbə qazandıq - Kunde


Bütün problemlərə baxmayaraq qələbə qazandıq - Kunde

"Çətin həftə idi. Mən avrokuboklara qayıtdığımız üçün çox xoşbəxtəm. Bütün problemlərə baxmayaraq qələbə qazandıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Pyer Kunde Bakıda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının cavab matçından sonra deyib.

26 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib: "Tam formada olmaq üçün çox çalışıram. Çətinliklərin əhəmiyyəti yoxdur. Biz güclü komandayıq".

Qeyd edək ki, "Neftçi" Afinadakı ilk matçda da rəqibinə 0:1 hesabı ilə uduzub.(report)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu