30 iyun 2026. Çərşənbə axşamı

Əfsuslar olsun ki, sizi sevindirə bilmədik


Əfsuslar olsun ki, sizi sevindirə bilmədik

"Neftçi"nin futbolçusu Emin Mahmudov Bakıda Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra sosial şəbəkədə paylaşım edib.

Corner.az-ın məlumatına görə, "flaqmanlar"ın kapitanı azarkeşlərə müraciət ünvanlayıb.

"Dəstəyinizə göre təşəkkür edirem. Əfsuslar olsun ki, sizi sevindirə bilmədik", - deyə yarımmüdafiəçi feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, "Neftçi" Afinadakı ilk matçda da rəqibinə 0:1 hesabı ilə uduzub. Ölkə çempionu Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Bakıdakı qarşılaşma avqustun 3-də olacaq, cavab görüşü isə avqustun 12-də keçiriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu