- Çempionlar liqası
- 15:40 31.01.2026
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Corner.az-ın məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 5 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən üç futbolçudan biridir.
24 yaşlı hücumçu 7 dəfə çərçivəni dəqiq nişan alıb. Emrelinin zərbələrinin 2-si qolla nəticələnibsə, 3 dəfə hədəfdən yayınıb.
İsveçrənin "Yanq Boyz" komandasından Ebişer Mişel və Bolqarıstan "Lüdoqorets"indən Bernard Tekpetey eyni sayda dəqiq zərbə endirib.
Qeyd edək ki, "Legiya" III təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada Zaqreb "Dinamo"su ilə heç-heçə edib - 1:1. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə yerini komanda yoldaşı Tomaş Pexarta verib.