1 fevral 2026. Bazar günü

Legiya'nın sabiq futbolçusu Emrelini tənqid etdi


Legiya'nın sabiq futbolçusu Emrelini tənqid etdi

Polşanın “Legiya”nın sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü mərhələsində “Dinamo”ya (Zaqreb, Xorvatiya) qarşı keçirdiyi cavab oyununu şərh edib.

Corner.az xəbər verir ki, sabiq polşalı müdafiəçi, “Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda da fikirlərini deyib:

“Legiya” bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emrelinin yaxşı imkanı oldu. Məncə, Emrelidə qərarlılıq və istək yox idi. Emreli, topa getməli, qapıya vurmalı idi.

Matçda Rafa Lopeslə Emreli birlikdə hücumda oynadı. Mənə görə, onlar Tomaş Pekqart və Ernest Muçi ilə müqayisədə daha zəifdirlər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan daxil oldu və qol vurdu. Lopes “Dinamo” ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağaını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var”.

Mahir Emreli “Legiya”nın “Dinamo”ya məğlub olduğu matçda (0:1) start heyətdə yer alıb və 56 dəqiqə meydanda qalıb. O, Tomaş Pekqartla əvəzlənib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”