30 iyun 2026. Çərşənbə axşamı

Avropa Liqasının adını dəyişdirib, Unay Emeri qoyacaqlar


Avropa Liqasının adını dəyişdirib, Unay Emeri qoyacaqlar

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Tomas Tuçel UEFA superkubokunda “Vilyarreal”a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, kuboku qazanmaq üçün hər şey edəcəklərini deyib:

“Mövsümə UEFA superkubokunu qazanaraq başlamaqdan daha yaxşı nə ola bilər? Unay Emeri və “Vilyarreal”a böyük hörmətim var. Yaxın zamanda düşünürəm Avropa Liqasının adını dəyişdirib, Unay Emeri qoyacaqlar (gülür). O, möhtəşəm məşqçidir. İtirəcək heç nəyimiz yoxdur. Kuboku qazanmaq üçün hər şey edəcəyik”.

Qeyd edək ki, “Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu