15 avqust 2026. Şənbə

Nələrə qadir olduğumuzu göstərəcəyik - Unay Emeri


Nələrə qadir olduğumuzu göstərəcəyik - Unay Emeri

İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Unay Emeri UEFA superkubokunda “Çelsi”yə (İngiltərə) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, komandası ilə birlikdə tarix yazmaq istədiklərini deyib:

“UEFA superkubokunu qazanmaq istəyirəm. Daha əvvəl bu titulu qazanmamışam. 2014 və 2015-ci ildə “Sevilya” ilə superkubok matçına çıxmışam və hər ikisini kuboksuz başa vurmuşam. Bu dəfə qazanmaq möhtəşəm olardı.

Yeni mövsümə, tarix yazaraq başlamaq istəyirəm. Avropa çempionu olan “Çelsi” kimi bir komanda qarşısında nələrə qadir olduğumuzu göstərəcəyik. “Çelsi” dünyanın ən yaxşı komandalarından biridir”.

“Çelsi” – “Vilyarreal” matçı bu gün, saat 23:00-da start götürəcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu