1 fevral 2026. Bazar günü

UEFA Super Kubokunun qalibi bəlli oldu


UEFA Super Kubokunun qalibi bəlli oldu

Bu gün UEFA Super Kubokunun qalibi məlum olub.

Corner.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları qarşılaşıb.

Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən görüşü rusiyalı referi Sergey Karasyov idarə edib.

Matçda hesabı ilk hissədə “Çelsi” açsada, ikinci hissədə ispanlar bərabərlik qolunu vurmağı bacarıblar. Əlavə vaxtda da başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “zadəganlar” növbəti titulunu qazanıb.

Xatırladaq ki, “Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.

UEFA Super Kuboku
11 avqust

Çelsi (İngiltərə) – Vilyarreal (İspaniya) 1:1 (penaltilər 6:5)
Qollar: H.Ziyeş, 27 – J.Moreno, 73.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Belfast. “Vindzor Park” stadionu.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”