30 iyun 2026. Çərşənbə axşamı

UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə Tuçel qazandı


UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə Tuçel qazandı

UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçinin rəhbərlik etdiyi komanda qazanıb.

Corner.az-ın məlumatına görə, son olaraq bu titula "Çels" ilə Tomas Tuçel sahib olub.

London təmsilçisi finalda İspaniyanın "Vilyarreal" klubunu məğlub edib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. "Zadəganlar" penaltilər seriyasında rəqibinə 6:5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunu İngiltərə "Liverpul"u ilə almaniyalı Yurgen Klopp, 2020-ci ildə isə "Bavariya" ilə onun həmyerlisi Hans-Diter Flik qazanıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu