Ajax'ın baş məşqçisi Madrid zəfərindən danışdı
“Mükəmməl nəticə əldə etdik. İki oyundan sonra mərhələ adlamağa layiq idik. Bu gecə komandamın oyunu çox xoşuma gəldi”
Corner.az xəbər verir ki, bu sözləri Ajax'ın baş məşqçisi Erik ten Hag Çempionlar Liqasının 1/8 finalının Real Madrid'lə cavab oyunundan sonra UEFA-nın saytına açıqlamasında deyib. "Unutmayaq ki, mübarizəyə təsnifat mərhələsindən başlamışıq. Ancaq hələ də üç cəbhədə mübarizə aparırıq və hər birində titul qazanmaq istəyirik. Növbəti rəqibi seçmək üçün əlimdən nəsə gəlmir. Buna görə də püşklə bağlı nəsə danışmayacağam. Hər biri böyük klubdur.
Xatırladaq ki, Ajax Madriddəki görüşdə 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.